Səbinə Kərimova ”De Novo” şirkətində hüquqşünasdır. O, korporativ, ekologiya, əmək, miqrasiya, inzibati hüquq sahələri, habelə hüquqi şəxslərin qeydiyyatı məsələləri üzrə geniş təcrübəyə malikdir.
Səbinə hüquqi şəxslərin filiallarının, törəmə və birgə müəssisələrin təsis edilməsi, lisenziyaların və icazələrin alınması, o cümlədən iş və yaşayış üçün icazələrin alınması, əmtəə nişanlarının qeydiyyatı, əqli mülkiyyət sahəsində və bir çox digər məsələlərdə müştərilərə yardım göstərməkdə ixtisaslaşır.
Xüsusi diqqətə layiq layihələr
- Şirkətlərin təsis edilməsi, bank hesabının açılması, nizamnaməyə edilən dəyişikliklərin qeydiyyatı, şirkətin adının dəyişdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınmasında və digər inzibati məsələlərdə müxtəlif müştərilərə yardım göstərilməsi.
- İş və yaşayış icazələri üçün ərizə verilməsi və icazələrin alınması ilə bağlı müxtəlif müştərilərə yardım göstərilməsi.
- İri Rusiya bankının Rusiya Federasiyasında borcalana kredit verilməsi ilə əlaqədar, Azərbaycanda yerli girov qoyanın korporativ və əmlak ekspertizası da daxil olmaqla, kommersiya məqsədli daşınmaz əmlak obyektləri üzərində ipotekanın müəyyən edilməsi və təkmilləşdirilməsi məsələləri üzrə Rusiya bankına hüquqi məsləhətlərin verilməsi.
- Korporativ, bank və maliyyə sektorlarını, həmçinin neft-qaz sektorunu əhatə edən, personalın saxlanılması tələbləri barədə məlumat toplusunun tərtib edilməsində aparıcı Amerika korporativ informasiya idarəetmə şirkətinə yardım göstərilməsi.
- Azərbaycanda yerləşən banklar üçün başlanan müflisləşmə proseduru çərçivəsində bir neçə xarici bankın maraqlarının təmsil edilməsi.
- İri beynəlxalq əczaçılıq şirkətinə Azərbaycanda korporativ, əmək, kommersiya və əməliyyat məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi.
- Xarici arbitraj qərarının tanınması və icrasında müştəriyə yardım göstərilməsi.
- Cebel-Əli azad iqtisadi zonasında (BƏƏ, Dubay) təsis edilmiş şirkətin tam mülkiyyətində olan törəmə şirkətinin Azərbaycanda yaradılması üçün yerli təşkilata yardım göstərilməsi.
Fəaliyyət sahələri
- Korporativ hüquq, hüquqi şəxslərin qoşulması və birləşməsi (M&A)
- Məlumatların qorunması və məxfiliyi
- Əmək münasibətləri və müavinətlər
- Əqli mülkiyyət
- İcazə və lisenziyalar
Təhsil
- Naxçıvan Dövlət Universiteti, Hüquq üzrə bakalavr (2011)
- Qərb Universiteti, İngilis ədəbiyyatı üzrə magistr (2005)
- Qərb Universiteti, Fransız dili və ədəbiyyatı üzrə bakalavr (2002)
Əvvəlki peşə təcrübəsi
- “Dentons” şirkətinin Bakı idarəsi, Hüquqşünas (2018-2020)
- “Salans” / “Dentons” şirkətinin Bakı idarəsi, Hüquqşünas köməkçisi (2008-2018)