“DE NOVO”-ya XOŞ GƏLMİŞSİNİZ

SİZİN ETİBAR EDƏ VƏ GÜVƏNƏ BİLƏCƏYİNİZ HÜQUQ MƏSLƏHƏTÇİLƏRİ

BİZİM ŞİRKƏT

Hüquqşünaslarımız Sizin biznesinizin inkişafı və genişlənməsinə yardım edəcək həlli müəyyən etmək və geniş təcrübəyə arxalanan məsləhətlər verməklə, hər zaman yanınızdadır. Biz hüququn istənilən sahəsi üzrə yüksək peşəkarlıq nümayiş etdirib, “De Novo” daxilində və müştəri ilə birlikdə çalışırıq ki, üzləşdiyiniz məsələlərdən asılı olmayaraq, şirkətimiz Sizin üçün güclü müttəfiq olsun.

Şirkətimiz:

  • yerli bazar ilə yaxından tanış olub,
  • yerli qanunvericiliyi mükəmməl bilib,
  • hüququ real biznes ssenarilərinə tətbiq etmək bacarığına yiyələnib, və
  • şirkətlərin nəyi tələb etdiyini və necə işlədiyini anlayaraq,
müştərilərimizin hüquqi məsləhət xidmətlərinə olan bütün tələblərini təmin etmək üçün xidmət göstərməkdən qürur duyur.

Kamal Məmmədzadə

Baku-Azerbaijan

Bizim dəyərlər

Gərgin
əmək

Biz tam olaraq əminik ki, məqsədyönlü peşəkarlıq və səylə möhkəmləndirilmiş gərgin əmək, şəxsi iştirak və müştərilərin ehtiyaclarının dərhal təmin edilməsi – bütün bunlar bizi hüquqi xidmətlər sahəsində qabaqcıl şirkətlər sırasına qoyur.

Operativ cavab

Hər bir sorğuya mümkün qədər tez bir zamanda və maksimum bir gün ərzində bir qayda olaraq cavab verməklə istənilən müştəriyə fərdi yanaşdığımız üçün qürur duyuruq.

Müştəri yönümlü

Əsas məqsədimiz müştərilərimizə yüksək keyfiyyətli xidmətlər göstərməkdir. “De Novo” şirkətində biz, ən yaxşı hüquqi xidmət təminatçısı və peşəkar hüquq məsləhətçisi olmağı qarşımıza məqsəd qoymuşuq.

Davamlı
əməkdaşlıq

Biz qarşılıqlı etimad və səmərəlilik əsasında  müştərilərlə uzunmüddətli əlaqələr qurmağa çalışır, müştəriləri cəlb edəcək və onları bizimlə əməkdaşlıq etməyə sövq edəcək mühiti yaratmaq üçün vaxtımızı və səylərimizı əsirgəmirik.

Korporativ məsuliyyət

Biz fəxr edirik ki, çalışdığımız cəmiyyətə dəyər verir və idman, ekologiya və şəxsi gigiyena kimi müxtəlif sahələrdə sosial məsuliyyət təşəbbüslərini dəstəkləyirik.

NİYƏ BİZİ SEÇMƏLİ

Nədən Sizə yüksək ixtisaslı hüquqşünaslar tələb olunur