Ortaq – Maliyyə və Sərmayələr
Telefon: +99412 3102484
Mobil: +99450 2668050
Elektron poçt: parviz.mammadov@denovo.az
Pərviz Məmmədov “De Novo” şirkətində ortaqdır. Onun fəaliyyətinin əsas istiqamətləri sırasına maliyyə və sərmayə qoyuluşları, korporativ strukturlar və yenidən təşkil, vergi planlaşdırılması, habelə aktivlərin, varidatın və özəl müştərilərin sərmayələrinin idarə olunması üzrə məsləhətçilik daxildir. Qeyd edilənlərə əlavə olaraq, Pərviz hüquqi şəxslərin və əmlakın qiymətləndirilməsi, yeni və birgə müəssisələrin təşkili, borc öhdəliklərinin yenidən maliyyələşdirilməsi və maliyyə modellərinin qurulması üzrə geniş təcrübəyə sahibdir.
“De Novo” şirkətinə qoşulmazdan öncə, Pərviz bir neçə il ərzində “Deloitte & Touche” şirkətinin Bakı idarəsində və “Azerfon” şirkətində çalışmışdır. Bunlardan başqa, Pərviz ölkənin aparıcı holdinq strukturlarından birində Baş Maliyyə Direktoru / Maliyyə Məsləhətçisi kimi işləyib. Pərviz bir sıra Avropa ölkələrində daşınmaz əmlak ilə əlaqədar müxtəlif layihələrin idarə olunması sahəsində təcrübəyə də malikdir.
Pərviz “ACCA F Level” imtahanlarını müvəffəqiyyətlə başa çatdırıb.
Xüsusi diqqətə layiq layihələr
- Türkiyə, İstanbulda yaşayış kompleksi layihəsinin icrası üzrə məsul şəxs.
- İstanbul şəhərinin mərkəzi hissəsində yerləşən mehmanxananın fəaliyyətin yenidən təşkili üzrə məsləhətlərin təqdim edilməsi, sonrada mehmanxananın fəaliyyətinə, o cümldən maliyyə əməliyyatlarına nəzarət.
- Şərqi Avropada yerləşən ölkədə daşınmaz əmlak layihəsinə sərmayə qoyuluşunun idarə olunması (gəlirlik səviyyəsi 18% – 22%).
- Şərqi Avropada yerləşən ölkədə tələbə yataqxanası kompleksinin yaradılması və inşası üzrə məsləhətçilik, sonradan – bazar tədqiqatlarının aparılması, alıcıların müəyyən edilməsi, danışıqların aparılması və əqdin müvəffəqiyyətlə başa çatdırılması.
- Şərqi Avropada yerləşən ölkədə yaşayış kompleksi üzrə layihənin icrasının idarə olunması və nəzarət funksiyalarının icrası.
- Mühasibatlıq uçotu sisteminin ölkədaxili maliyyə hesabatları standartlarından Beynəlxalq Mühasibt Uçotu Standartlarına keçidi layihəsinin iştirakçısı.
Fəaliyyət sahələri
- Korporativ və vergi strukturları
- Maliyyə və sərmayə qoyuluşu üzrə məsləhətçilik
- Vergi planlaşdırılması və qanunvericiliyə nəzarət
- Akitvlərin idarə olunması
- Daşınmaz əmlak üzrə layihələrin icrası
Təhsil
- Azərbaycan Dövlət İqtisad Universiteti (Azərbaycan), 2009, Beynəlxalq İqtisadi Münasibətlər
- Azərbaycan Dövlət İqtisad Universiteti (Azərbaycan), 2013, Beynəlxalq Biznes istiqaməti üzrə Magistr Dərəcəsi
Əvvəlki peşə təcrübəsi
- Strateji Layihələr üzrə İcraçı, Türkiyə, Çexiya və Azərbaycan (2016 – hazırkı vaxta qədər)
- Maliyyə Məsləhətçisi, Bakı (2012-2016)
- BMUS üzrə Baş Mütəxəssis, “Azerfon” MMC, Bakı (2011- 2012)
- Audit üzrə Məsul Şəxs, “Deloitte”, Bakı (2008-2011)
- Maliyyə Şöbəsinin Analitiki, “BP”, Bakı (2008)