Kamal Məmmədzadə “De Novo” şirkətində İdarəçi Ortaqdır. Kamal korporativ hüquq, bank və maliyyə hüququ, qiymətli kağızlar hüququ sahəsində geniş təcrübəyə malikdir və onun fəaliyyət dairəsi korporativ idarəetmə, əqdlərin strukturlaşdırılması, xarici investisiyalar, bank işi və maliyyələşdirmə və digər istiqamətləri əhatə edir.
“De Novo” şirkətini təsis etməzdən əvvəl, Kamal beynəlxalq hüquq şirkətinin Bakı filialında Ortaq və aparıcı yerli holdinq şirkətinin Strateji Biznesin İnkişafı Departamentinin hüquq şöbəsi rəhbəri kimi çalışmışdır.
Xüsusi diqqətə layiq layihələr
- Yerli investora Bakı,
Azərbaycanda yerləşən mehmanxana kompleksi üzərində mülkiyyət hüququnun
əldə olunması ilə bağlı hüquqi məsləhətçilik xidmətlərinin təqdim
edilməsi.
- Azərbaycan Respublikasının aparıcı mobil
rabitə operatoruna mobil şəbəkə aktivlərinin təklif edilmiş birləşməsi, o
cümlədən kommersiya sazişi və səhmdarlar müqaviləsinin hazırlanması ilə
bağlı hüquqi məsləhətlərin verilməsi.
- Azərbaycandan olan müştərilərə Avropa və
Yaxın Şərq ölkələrində daşınmaz əmlakın satın alınması və mehmanxana
operatorları ilə idarəetmə müqavilələri üzrə danışıqların aparılması ilə
bağlı hüquqi dəstəyin təmin olunması.
- Azərbaycan olan müştərinin maraqlarının
Bakı, Azərbaycan yaşayış kompleksinin idarə edilməsinə dair müqavilələr
dəstinin hazırlanması və müvafiq danışıqların aparılması ilə əlaqədar
hüquqi məsləhətlərin təqdim edilməsi.
- Azərbaycanda olan
müştərinin maraqlarının Beynəlxalq Ticarət Palatasının qaydalarına əsasən
aparılan, İngiltərə hüququ ilə tənzimlənən arbitraj araşdırmasına təmsil
edilməsi.
- Azərbaycanın ən iri
şirkətlər qruplarından birinə Türkiyənin aparıcı “onlayn
ticarət” platforması operatoru ilə Azərbaycan fəaliyyətini təşkili və
aparılması ilə əlaqədar korporatıv strukturun yaradılmasına dair hüquqi
dəstəyin təmin olunması.
- Azərbaycandan olan aparıcı
şirkətlər qrupuna yerli qanunvericilik ilə tənzimlənən tam ortaqlıq/fond
strukturunun yaradılması ilə bağlı hüquqi dəstəyin təqdim edilməsi.
- Yerli investora Bakı,
Azərbaycanda yerləşən mehmanxana kompleksi üzərində mülkiyyət hüququnun
əldə olunması ilə bağlı hüquqi məsləhətçilik xidmətlərinin təqdim
edilməsi.
Fəaliyyət sahələri
- Bankçılıq və maliyyə
- Korporativ hüquq, hüquqi şəxslərin qoşulma və birləşməsi (M&A)
- Korporativ idarəetmə və tənzimləmə
- İnternet, kommunikasiyalar və texnologiyalar
- İslam maliyyələşdirilməsi
- Layihələrin maliyyələşdirilməsi
- Qiymətli kağızlar və kapital bazarları
- İdman hüququ
Təhsil
- Mançester Universiteti (Böyük Britaniya), Hüquq üzrə magistr, fərqlənmə diplomu ilə (2001)
- Xəzər Universiteti, Hüquq üzrə magistr (1999)
- Corc Meyson Universiteti (ABŞ) (1997)
- Xəzər Universiteti, Hüquq üzrə bakalavr (1996)
Əvvəlki peşə təcrübəsi
- “Dentons” şirkətinin Bakı idarəsi, Ortaq (2011–2020)
- “Salans” şirkətinin Bakı və Almatı idarələri, Baş müşavir / Hüquqşünas (2006-2011)
- “Azpetrol” şirkəti, Hüquqşünas (2004-2006)
- “Salans” şirkətinin Bakı idarəsi, Hüquqşünas (1997-2004)
Nailiyyətlər
Kamal davamlı olaraq Briyaniyanın The Legal 500 EMEA reytinq və nəşriyyat şirkəti tərəfindən aparıcı mütəxəssis kimi rəsmi tanınır, Chambers Global və Chambers Asia-Pacific nüfuzlu beynəlxalq nəşrinin reytinqinə görə sahibkarlıq fəaliyyəti sahəsində ümumi hüquq üzrə birinci dərəcəli hüquqşünas kimi qiymətləndirilir və IFLR1000 – Beynəlxalq Aparıcı Maliyyə Hüquq Şirkətləri – nəşrinin təqdim etdiyi reytinqə əsasən maliyyə və korporativ hüquq, energetika və infrastruktur məsələləri üzrə aparıcı hüquq məsləhətçisi kimi tövsiyə olunur. O, həmçinin bank və maliyyə hüququ, korporativ hüquq, hüquqi şəxslərin qoşulması və birləşməsi (M&A) məsələləri üzrə ən yaxşı hüquqşünas kimi The Best Lawyers in Azerbaijan jurnalının (2017-18 and 2019-cu illərin nəşrləri) Azərbaycanın Ən Yaxşı Hüquqşünasları reytinq siyahısına daxil edilmişdir. Bundan əlavə, IFLR1000-in 2018-ci ilin nəşri, Kamalı bank hüququ, energetika və infrastruktur, hüquqi şəxslərin qoşulması və birləşməsi (M&A) məsələləri, layihələrin hazırlanması, layihələrin maliyyələşdirilməsi, restrukturizasiya və müflisləşmə hüququ sahəsində Azərbaycan üzrə mötəbər hüquq məsləhətçisi olaraq tövsiyə etmişdir.
-
- Chambers Global 2023: Azərbaycanda sahibkarlıq fəaliyyəti sahəsində ümumi hüquq üzrə birinci dərəcəli hüquqşünas kimi qiymətləndirmişdir.