Hüquqşünas
Telefon: +99412 3102484
Mobil: +99450 4290010
Elektron poçt: fakhraddin.isgandarzade@denovo.az
Fəxrəddin İsgəndər-zadə ”De Novo” şirkətində hüquqşünasdır. O, korporativ hüquq, qeydiyyat məsələləri, daşınmaz əmlak hüququ, habelə korporativ katib xidmətləri sahələri üzrə təcrübəyə malikdir.
Fəxrəddin hüquqi şəxslərin, onların filiallarının, törəmə və birgə müəssisələrin təsis edilməsi və qeydiyyatı, lisenziyaların və icazələrin alınması, korporativ idarəetmə və korporativ strukturların təhlili və optimallaşdırılması və bir çox digər məsələlərdə müştərilərə yardım göstərməkdə ixtisaslaşır.
Xüsusi diqqətə layiq layihələr
- Şirkətlərin təsis edilməsi, bank hesabının açılması, nizamnaməyə edilən dəyişikliklərin qeydiyyatı, şirkətin adının dəyişdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınmasında və digər inzibati məsələlərdə müxtəlif müştərilərə yardım göstərilməsi.
- Aparıcı yerli şirkətlər qrupu üzrə hüquqi auditin aparılması, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün hüquqi dəstəyin təqdim edilməsi.
Fəaliyyət sahələri
- Korporativ hüquq, hüquqi şəxslərin qoşulması və birləşməsi (M&A)
- İcazə və lisenziyalar
Təhsil
- Bakı Dövlət Universiteti, Hüquq üzrə bakalavr (2010)
Əvvəlki peşə təcrübəsi
- “A Group” şirkətlər qrupu, Hüquq Məsələləri üzrə Mütəxəssis (2018-2020)