Baxmayaraq ki, vəzifənin adı çaşdırıcı ola bilər, korporativ katib xidmətləri yalnız katibin edə biləcəyi vəzifələri nəzərdə tutmur. Əsas məqsəd korporativ idarəetməni, səmərəli inzibatçılığı təmin etmək və müəyyən sahibkarlıq fəaliyyətinə tətbiq edilən qanunvericiliyə riayət etməkdən ibarətdir. Ümumiyyətlə, korporativ katibin üzərinə qoyulan öhdəliklər şirkət daxilində bütün zəruri inzibati vəzifələri ehtiva edir və idarəetmə orqanlarını, şirkəti və səhmdarları əhatə edir.
Korporativ katib idarəetmə orqanı ilə bağlı prosedurların yerinə yetirilməsi (iclasların çağırılması, keçirilməsi və protokollaşdırılması, sənədlərin uçotunun aparılması, onların icrasına nəzarətin həyata keçirilməsi), şirkətin fəaliyyətində qanunvericiliyə riayət olunmasına (o cümlədən xüsusi yoxlamanın keçirilməsinə) görə məsuliyyət daşıyır, həmçinin korporativ münasibətlərə dair məsələlər üzrə səhmdarlar üçün əsas əlaqələndirici şəxs qismində çıxış edir.
Korporativ katib xidmətləri çərçivəsində biz aşağıdakı məsələlərdə Sizə köməklik göstərə bilərik:
- hüquqi şəxslərin təsis edilməsi;
- şirkətin vəzifəli şəxsləri, iştirak payları, nizamnamə kapitalına dair dəyişikliklər, dividendlərin ödənilməsi ilə bağlı hüquqi prosedurların yerinə yetirilməsi;
- direktorların vəzifə və öhdəlikləri üzrə məsləhətlərin verilməsi;
- reyestr və protokolların aparılması;
- idarəetmə orqanları və ümumi yığıncaqlar üçün sənədlərin və protokolların hazırlanması;
- şirkətimizin hüquqi ünvanından istifadə;
- bütün lazımi arayışların, ərizələrin, bəyannamələrin və qərarların müvafiq dövlət orqanlarına təqdim edilməsi;
- vergi qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi üzrə məsləhətlərin verilməsi və hüquqi məsləhətçilik;
- hüquqi şəxsin ləğvi.
Bizi, “De Novo” şirkəti olaraq, şirkətiniz və fəaliyyətiniz üçün korporativ katib vəzifələrini yerinə yetirmək üçün cəlb etməklə müxtəlif üstünlüklərdən yararlana bilərsiniz, o cümlədən:
- vəzifə və öhdəliklərin effektiv surətdə yerinə yetirilməsi;
- zəngin təcrübəsi olan peşəkarlar tərəfindən dəstək;
- işlərin maneəsiz, müəyyən edilmiş müddətdə yerinə yetirilməsi;
- təlimlərə çəkilən xərclərə qənaət;
- ən son texnologiyalardan istifadə;
- risklərin aradan qaldırılması.
Şirkətin qeydiyyatı ilə bağlı xidmətlərin və korporativ katib xidmətlərinin axtarışındasınızsa, tərəddüd etmədən office@denovo.az elektron poçt vasitəsilə bizə müraciət edin.