Biz kimlərik?


İşimiz və şirkətimiz

“De Novo” şirkətində biz nəticə əldə etmək məqsədinə xidmət edən, biznesin hüquqi aspektləri üzrə fəaliyyət göstərən hüquqşünaslarıq.

Hesab edirik ki, bizi uğura aparan vasitə hüquqşünaslarımızdır. Bununla bərabər, baxmayaraq ki, əla hüquqi bacarıqlar olduqca vacib bir amildir, burada müsbət xasiyyət, dürüstlük, qərəzsizlik və məqsədyönlülük də böyük rol oynayır.

Bizim əsas məqsədimiz, müştərilərə problemləri həll etməyə və biznes fəaliyyətlərini müasir, sürətlə dəyişən və mürəkkəb şəraitdə inkişaf etdirməyə kömək etməklə biznes imkanlarının və sövdələşmələrinin araşdırılması, müəyyənləşdirilməsi, qiymətləndirilməsi və çevik şəkildə həyata keçirilməsi prosesinə yardım göstərməkdir.

Biz, sövdələşmə üzərində işləyərkən əvvəlcə müştərinin məqsəd və hədəflərini müəyyən edir, sonra isə müştəri ilə müzakirələr, məsləhətləşmələr, danışıqların aparılması və hüquqi sənədlərin hazırlanması yolu ilə müxtəlif hüquqi riskləri tənzimləyir və idarə edirik.

Biz müştərinin maraqlarını mübahisədə təmsil etmək üçün tapşırıq aldıqda, müştərinin biznes məqsədlərini təhlil edir və bundan sonra məsələləri səmərəli şəkildə, xərcləri nəzərə almaqla həll etmək üçün müştəri ilə birlikdə işləyirik. Bundan başqa, biz müştərilərin maraqlarını mübahisə tərəfləri arasında aparılan danışıqlarda və ya mediasiya prosesində də təmsil edə bilərik.

Sövdələşmə və ya mübahisə olub-olmamasından asılı olmayaraq, biz, müştərilərimizin qarşılaşdıqları məsələləri biznes tələblərinə uyğun olaraq həll edilməli olan, bizneslə bağlı məqamlar kimi dəyərləndiririk.

Yeni texnologiyalar və daim inkişaf edən kommunikasiya vasitələri, məlumatın əldə edilməsindəki asanlıq, inkişaf edən internet biznesin aparılması qaydasına öz təsirini göstərmişdir. Hüquqi xidmətlər sahəsi də istisna deyil. Biz müştərilərə daha səmərəli şəkildə xidmət göstərmək, dəstəyə və yardıma ehtiyac duyduqları zaman onlarla əlaqə saxlamaq və onlar üçün əlçatan olmaq üçün belə texnologiyalardan yararlanırıq.

Şübhəsiz, biz texnologiyalardan istifadə edirik, lakin biz həmçinin gərgin işin, yüksək peşəkar və etik davranışın ənənəvi ideyalarını rəhbər tutur, müştərilərlə yaxşı münasibətləri qoruyub saxlayırıq.  

Biz təhlil edirik. Biz məsləhət veririk. Biz müdafiə edirik. Biz müştərilər ilə tərəfdaş və həmkar kimi birlikdə çalışırıq. Və nəhayət – biz müştərilərimizlə və onlar üçün gördüyümüz işlərlə fəxr edirik.