Nargiz Kazimova ”De Novo” şirkətində Baş Hüquqşünasdır. O, korporativ hüquq, müqavilə hüququ, korporativ tənzimləmə, kommersiya və sahibkarlıq hüququ, informasiya texnologiyaları və əqli mülkiyyət hüququ, əmək hüququ, miqrasiya hüququ və məhkəmə sahəsində böyük təcrübəyə malikdir. O, həmçinin inşaat və mühəndislik xidmətləri sahəsində dəfələrlə hüquqi məsləhət xidmətlərini göstərmişdir.
Nərgiz, Azərbaycanın və Böyük Britaniyanın aparıcı universitetlərində ali hüquq təhsili almış, həmçinin Bakıda Amerika Vəkillər Birliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və “MOOC” (“onlayn” təhsil) platformaları tərəfindən təşkil edilmiş hüquqi mövzular üzrə müxtəlif kurs və seminarlarda iştirak etmişdir. 2008-2009-cu illər ərzində Nərgiz həmçinin Bakı Avrasiya Universitetində Beynəlxalq xüsusi hüquq üzrə mühazirələr oxumuş, hüquqi sənədlərin tərcüməsi və hüquqi kommersiya ingilis dili kurslarını tədris etmişdir.
Xüsusi diqqətə layiq layihələr
- Azərbaycanda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən xarici müştəriyə fəaliyyətin yeni strukturunun işlənib hazırlanması, təsisçinin olduğu ölkədə aparılan vergi yoxlaması ilə bağlı hüquqi dəstəyin təqdim edilməsi.
- Müxtəlif müştərilərin əmək, daşınmaz əmlak, müqavilə münasibətləri və mübahisələri, inzibati işlər ilə əlaqədar maraqlarının Azərbaycan məhkəmələrində təmsil edilməsi və müdafiəsi, barışıq sazişləri üzrə danışıqların aparılması, xarici məhkəmələrin qərarlarının və arbitraj qərarlarının tanınması və icrası ilə əlaqədar müştərilərə hüquqi məsləhətçilik xidmətlərinin təqdim olunması.
- Yerli investora Bakı, Azərbaycanda yerləşən mehmanxana kompleksi üzərində mülkiyyət hüququnun əldə olunması ilə bağlı hüquqi məsləhətçilik xidmətlərinin təqdim edilməsi.
- Azərbaycandan olan müştəriyə ölkədə COVİD-19 üzrə dövlət qurumları və vətəndaşlar tərəfindən nəzarət tədbirlərinin icrasına xidmət edən tətbiqin yaradılması ilə əlaqədar hüquqi məsləhətçilik xidmətlərinin təqdim edilməsi.
- Aparıcı mobil rabitə xidmətləri operatoruna korporativ idarəçilik strukturunun yenidən qurulması ilə əlaqədar hüquqi xidmətlərin təqdim edilməsi, o cümlədən nizamnamənin yeni mətninin, daxili korporativ idarəçilik orqanlarının əsasnamələrinin hazırlanması.
- Yerli şirkətlər qrupuna yeni korporativ idarəçilik strukturunun yaradılması və korporativ idarəçilik üzrə tam sənədlər dəstinin hazırlanması ilə əlaqədar hüquqi məsləhətçilik xidmətlərinin təqdim olunması.
- Pərakəndə satış bazarının aparıcı iştirakçılarından biri üçün əmək münasibətləri üzrə yoxlamanın aparılması və Azərbaycan fəaliyyətin yeni strukturunun qurulması ilə əlaqədar hüquqi məsləhətçilik xidmətlərinin təqdim olunması.
- Aparıcı xarici telerabitə şirkətinə İşçilərin Fərdi Məlumatı / Müraciətlər Xidməti və Araşdırma Sistemi ilə əlaqədar hüquqi məsləhətlərin təqdim edilməsi.
- İçki məmulatlarının istehsalı ilə məşğul olan aparıcı xarici şirkətə Fərdi Məlumat Qorunması Qaydaları, o cümlədən, fərdi məlumatın toplanması və işlənməsi, fərdi məlumatların məlumat sistemlərinin dövlət qeydiyyatlı ilə əlaqədar hüquqi məsləhətçilik xidmətlərinin təqdim olunması.
- Azərbaycan Respublikasının hökumətinə Rəqəmsal Məcəllə layihəsinin hazırlanması ilə əlaqədar hüquqi məsləhətlərin təqdim edilməsi.
- Aparıcı telerabitə şirkətinə Azərbaycanda elektron kommersiya sahəsində fəaliyyətin başlanması və genişləndirilməsi ilə əlaqədar, o cümlədən tənzimləmə və müqavilə məsələləri ilə bağlı hüquqi məsləhətlərin verilməsi.
- Müxtəlif müştərilərə əmək münasibətləri ilə əlaqədar, o cümlədən, müqavilələrin bağlanması, xitamı, işçilərə aid iş şəraitinin dəyişdirilməsi və məzuniyyət hüququ ilə bağlı olan hüquqi məsləhətlərin təqdim edilməsi.
- Azərbaycanda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən xarici müştəriyə fəaliyyətin yeni strukturunun işlənib hazırlanması, təsisçinin olduğu ölkədə aparılan vergi yoxlaması ilə bağlı hüquqi dəstəyin təqdim edilməsi.
Fəaliyyət sahələri
- Korporativ hüquq, qoşulma və birləşmə (M&A)
- Məlumatların qorunması və məxfiliyi
- Əmək münasibətləri və müavinətlər
- Əqli mülkiyyət
- İnternet, kommunikasiyalar və texnologiyalar
- Məhkəmə prosesi və mübahisələrin həlli
- Daşınmaz əmlak
- Vergilər
Təhsil
- Edinburq Universiteti, Beynəlxalq kommersiya hüququ və təcrübə üzrə magistr, fərqlənmə diplomu ilə (2016)
- Bakı Dövlət Universiteti, Kommersiya hüququ üzrə magistr, fərqlənmə diplomu ilə (2009)
- Bakı Dövlət Universiteti, Hüquq üzrə bakalavr (2007)
Əvvəlki peşə təcrübəsi
- “Dentons” şirkətinin Bakı idarəsi, Hüquqşünas (2017-2019)
- “Laser Gulf Group” şirkətinin Bakı filialı, Hüquq şöbəsinin rəisi (2014-2017)
- “Hertel Industrial Services B.V.” şirkətinin Bakı filialı, hüquq məsləhətçisi / müqavilələr üzrə mütəxəssis (2012-2014)
- Amerika Vəkillər Birliyi, ABA/CEELI-nin Bakı bölməsi, hüquq məsləhətçisi (2012)
Üzvlük
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü.