Nərmin Seyidova ”De Novo” şirkətində Baş Hüquqşünasdır. O, korporativ hüquq, müqavilə hüququ, korporativ tənzimləmə, kommersiya və sahibkarlıq hüququ, vergi, əmək və miqrasiya sahələrində böyük təcrübəyə malikdir.
Nərmin İngiltərədə aparıcı universitetlerdə təhsil alaraq, hüquq üzrə bakalavr və magistr dərəcələrinə layiq görülmüş, hüquq sahəsinə aid müxtəlif tədbir və ixtisasartırma proqramlarının iştirakçısı olmuşdur.
2023-cü ildən Nərmin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Xüsusi diqqətə layiq layihələr
- Azərbaycanda olan müştərinin maraqlarının Beynəlxalq Ticarət Palatasının qaydalarına əsasən aparılan, İngiltərə hüququ ilə tənzimlənən arbitraj araşdırmasına təmsil edilməsi.
- Azərbaycanın ən iri şirkətlər qruplarından birinə Türkiyənin aparıcı “onlayn ticarət” platforması operatoru ilə Azərbaycanda birgə fəaliyyətin təşkili və aparılması ilə əlaqədar korporatıv strukturun yaradılmasına dair hüquqi dəstəyin təmin olunması.
- Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlər qrupuna investisiya strukturunun yaradılması ilə əlaqədar hüquqi məsləhətçilik xidmətlərinin təqdim edilməsi.
- Azərbaycandan olan müştəri üçün xüsusi iqtisadi zonalara şamil edilən tənzimləmə şərtləri və qaydalarının təkmilləşdirilməsi üçün təkliflər ilə bağlı hüquqi dəstəyin təqdim edilməsi.
- Yerli investora Bakı, Azərbaycanda yerləşən mehmanxana kompleksi üzərində mülkiyyət hüququnun əldə olunması ilə bağlı hüquqi məsləhətçilik xidmətlərinin təqdim edilməsi.
- Pərakəndə satış bazarının aparıcı iştirakçılarından biri üçün əmək münasibətləri üzrə yoxlamanın aparılması və Azərbaycan fəaliyyətin yeni strukturunun qurulması ilə əlaqədar hüquqi məsləhətçilik xidmətlərinin təqdim olunması.
- Aparıcı telerabitə şirkətinə Azərbaycanda elektron kommersiya sahəsində fəaliyyətin başlanması və genişləndirilməsi ilə əlaqədar, o cümlədən tənzimləmə və müqavilə məsələləri ilə bağlı hüquqi məsləhətlərin verilməsi.
- Aparıcı mobil rabitə xidmətləri operatoruna korporativ idarəçilik strukturunun yenidən qurulması ilə əlaqədar hüquqi xidmətlərin təqdim edilməsi.
- Müxtəlif müştərilərə əmək münasibətləri ilə əlaqədar, o cümlədən, müqavilələrin bağlanması, xitamı, işçilərə aid iş şəraitinin dəyişdirilməsi və məzuniyyət hüququ ilə bağlı olan hüquqi məsləhətlərin təqdim edilməsi.
Fəaliyyət sahələri
- Korporativ hüquq, qoşulma və birləşmə (M&A)
- Daşınmaz əmlak
- İnfrastruktur və inşaat layihələri
- Əmək münasibətləri və müavinətlər
- Əqli mülkiyyət
- İnternet, rabitə və yeni texnologiyalar
- Vergi huququ
Təhsil
- Durham Universiteti (İngiltərə), 2013, Hüquq üzrə Magist, Beynəlxalq ticarət və kommersiya hüququ
- York Universiteti (İngiltərə), 2012, Hüquq üzrə Bakalavr, fərqlənmə ilə
Əvvəlki peşə təcrübəsi
- “Veysəloğlu Şirkətlər Qrupu”, Hüquq İdarəsinin Rəhbəri (2020 – 2021)
- “KPMG Azərbaycan” (2015 – 2020)
- “Omni” Hüquq Şirkəti (2013 – 2015)