Günay Kərimova ”De Novo” şirkətində Hüquqşünas Köməkçisi vəzifəsində peşə fəaliyyətinə başlayıb. O, korporativ hüquq, qeydiyyat məsələləri, lisenziya və icazələr istiqamətləri üzrə ixtisaslaşır.
Günay hüquqi şəxslərin, onların filiallarının, törəmə və birgə müəssisələrin təsis edilməsi və qeydiyyatı, lisenziyaların və icazələrin alınması, korporativ idarəetmənin optimallaşdırılması və bir çox digər məsələlərdə müştərilərə yardım göstərməkdə ixtisaslaşır.
Qeyd edilənlərə əlavə olaraq, Günay “De Novo”-nun sosial şəbəkələrdəki hesabları üzrə müəlliflik edən əsas nümayəndəmizdir.
Xüsusi diqqətə layiq layihələr
- Şirkətlərin təsis edilməsi, bank hesabının açılması, nizamnaməyə edilən dəyişikliklərin qeydiyyatı, şirkətin adının dəyişdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınmasında və digər inzibati məsələlərdə müxtəlif müştərilərə yardım göstərilməsi.
- Aparıcı yerli şirkətlər qrupu üzrə hüquqi auditin aparılması, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün hüquqi dəstəyin təqdim edilməsi.
Fəaliyyət sahələri
- Korporativ hüquq, hüquqi şəxslərin qoşulması və birləşməsi (M&A)
- İcazə və lisenziyalar
Təhsil
- Bakı Dövlət Universiteti, Hüquq üzrə bakalavr (2021)